|
“Kapital Bank” dünyasını dəyişən Qarabağ qazisinin ailəsini incidir.
Sozcu.az saytı vasitəsi ilə dövlət başçısı İlham Əliyevə müraciət edən Ağsu rayon Növcü kənd sakini Mənsur Səmədov bildirir ki, dünyasını dəyişən atası – Qarabağ qazisi Səmədov Pünhan Əhmədoğlunun “Kapital Bank”a olan kredit borcuna görə bank tərəfindən incidilirlər.
Mənsur Səmədovun dövlət başçısına etdiyi müraciəti olduğu kimi təqdim edirik:
Cənab Prezident!
Atam Pünhan Səmədov Qarabağ veteranıdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edən atam Pünhan Səmədov, 4 il Qarabağın müxtəlif bölgələrində döyüşüb. Keçdiyi döyüş yolu atamn səhhətində dərin izlər buraxıb. Uzun illər müalicə olan atamın istifadə etdiyi ağır dozalı iynə-dərmanın nəticəsi olaraq gözləri görmə qabiliyyətini itiridi. Kasıb insanlarıq, uzun zaman atamızın müalicəsini davam etdirə bilsək də, sonda tükəndik və atamın həyatda qalması üçün “Kapital Bank”dan 10500 manat kredit götürməyə məcbur olduq. Amma, atam müalicədən 4 ay sonra vəfat etdi.
Atamın ölmündən sonra “Kapital Bank” ailəmizi incidir. Kreditin bir hissəsini ödəsək də, maddi durumumuz acınacaqlı vəziyyətdə olduğu üçün ödəniş edə bilmirik. “Kapital Bank”ın problemli kreditlər şöbəsindən bizə: Atan Qarabağda vuruşmayaydı, elə bil onu biz məcbur göndərmişik”, -deyə təhdid edirlər., Vətən uğrunda canını fəda edən qazinin ailəsini gözləri görə-görə məhv edirlər.
Cənab Prezident!
Ailəmizin durumu çox ağırdır. Anam 2-ci qrup əlildir. Özüm də fəhləlik edib, anamın dərmanlarını güclə çatdırır, ailəmə bir tikə çörək aparmağa çalışıram. “Kapital Bank” atamın kredit borcunu onun zamini olan adamın maaşından tutmağa başlayıb. Demək olar ki. Hər gün söz-söhbət içindəyik. Bir qazi ailəsinin yaxası əllərdə qalıb. Sizdən ailəmiz adından xahiş edirik, bizi “Kapital Bankın” əlindən xilas edərək, ailəmizə kömək olun. Kömək olun ki, hər kəs, o cümlədən “Kapital Bank”da Qazilərimizin ailələrinin kimsəsiz olmadıqlarını görsünlər.