Təşviqat kampaniyasının artıq son günləridir. Bərdə rayonunun 93 saylı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Xəyalə Əhmədova Bərdə rayonunda təbliğatını davam etdirir.Xəyalə Əhmədovanın səlahiyyətli nümayəndələri seçicilər qarşısında çıxış edərək onlara təşviqatın aparılması üçün bəzi icra orqanları tərəfindən ciddi maneələr yaratmağa çalışdıqlarını deyiblər.
Xəyalə xanım öz çıxışında qeyd edib ki, hər kəs öz seçimini etməlidir və heç kimin təsirinə düşməməlidir. Qanunvericilikdə bu cür hallar qanunsuzluq kimi qiymətləndirilir və dərhal bu kimi hadisələrin qarşısını almaq üçün addımlar atılmalıdır.