|
Bakı ilə yanaşı, Gəncə, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində 2018/2019-cu dərs ili üçün I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək.
Bununla bağlı təhsil naziri vəzifəsini müvəqqəti icra edən Ceyhun Bayramov "2018/2019-cu dərs ilində elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun əhatə dairəsinin genişləndirilməsi barədə" əmr imzalayıb.
Əmrə əsasən, Bakı, Gəncə, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində 2018/2019-cu dərs ili üçün I sinfə şagird qəbulu ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçiriləcək.
I sinfə qəbul üçün ərizələrin onlayn qeydiyyatı Bakı şəhəri və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2018-ci il fevralın 22-dən, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələri üzrə isə martın 12-dən başlanacaq.
I sinfə elektron ərizə qəbulu üzrə yaradılmış işçi qrupa bu əmrdən irəli gələn vəzifələrin icrasını təmin etmək tapşırılıb./axar.az/
Teleqraf.az