|
Xərçəng xəstəliyini araşdıran Ümumbeynəlxaq Agentliyin (İARC) açıqlamasına görə, qaynar içkilər qida borusunun (içkini və yeməyi boğazdan mədəyə ötürən kanal) xərçəngini əmələ gətirə bilər.
Söhbət çaydan, qəhvədən və matedən (Cənubi Amerika içkisi) gedir. Bu üç içkini istiliyi 65 selsi dərəcədən çox olduqda təhlükəli sayılır.
Dünyanın ən məşhur isti içkilərinin tədqiqatında iştirak etmiş epidemioloq Dana Lumis: "İçkinin fərqi yoxdur. Vacib olan onun temperaturudur".
Buna baxmayaraq, əvvəl kansaragen maddə sayılan qəhvənin (2011-ci ildə DST siyahısında 2B qrupunda idi) bu yaxında təhlükəsiz olduğu sübut olunub. Dünyada hər gün 1,1 milyard fincan qəhvə içilir. Buna görə, qəhvə biznesi ilə məşğul olanlar üçün bu, həddindən artıq xoş xəbər idi.
"Amerika milli qəhvə istehsalı assosiasiyası"nın sədri Bill Murrey deyir: "Elmin sahəsində biz indi bir fincan qəhvəni daha rahat dəmləyə və ya ala bilərik".
Elmi institutun qəhvə haqqında verdiyi informasiyada o da qeyd edilir ki, bu içki 60 dərəcə istidən aşağı içilir, ona görə də insan orqanizmi üçün heç bir təhlükə törətmir.
Bəzi mütəxəssislərin fikrinə görə, qəhvə hətta xərçəngə tutulmamaq üçün insan orqanizminə faydalı ola bilər. Belə ki, tədqiqatlar qəhvə içənlərdə uşaqlıq borusunun, ciyərin və süd vəzisinin xərçəngə tutulma riskinin azaldığını göstərir.
Agentliyin rəyinə görə, 1991-ci ildən toplanan məlumatların əsasına baxsaq, biz qəhvənin insan bədəni üçün kansaragen maddə sayıldığına dair az sübutların olduğunu görərik. Ancaq isti və qaynar vəziyyətdə içilən mate ilə bağlı hər şey bu qədər aydın deyil.
Bəzi Asiya və Cənubi Amerika ölkələrində mate milli içki sayılır və onu dəmir qab vasitəsilə 70 dərəcə istilikdə içirlər. Və bu regionların çoxunda qida borusunun xərçəng xəstəliyinə yoluxanlar üstünlük təşkil edir. Soyuq mateni analiz etdikdə əldə olunan nəticəyə görə, onun xərçənglə heç bir əlaqəsi yoxdur. Lakin İARC isti mate ilə bağlı dəqiq tədqiqatın aparılmadığı üçün məlumat verə bilmir. Lumisin dediyinə görə, bunlar hələ ki, sual altındadır.
Bunu da qeyd etmək lazımdır ki, insanların yaşayış tərzi aparılmış tədqiqatların nəticəsinə təsir göstərə bilər. Belə ki, spirtli içki və siqaret çəkən insanlarda qida borusunun xərçənginə tutulma riski çoxdur.
Bu arada, qida borusu xərçəngi ankoloji xəstəliklər arasında 7-ci sırada durur. Təkcə bu xəstəlikdən 2012-ci ildə 400 nəfər vəfat edib. (publika.az)