|
Polis əməkdaşları yerli müsavatçılara və Könülün qohumlarına təzyiq edir.
Bu barədə bastainfo.com-un baş redaktoru Mustafa Hacıbəyli məlumat verib. Onun bildirdiyinə görə Müsavat rəhbərliyinin Xaşmaza gəlişi yerli hakimiyyəti narahat edib.
“Xaçmaza Könülün dəfninə gəlmişik. Mülki geyimli polislər 4 terefi əhatəyə alıblar. Dünəndən polis əməkdasşları yerli musavatçılara ve Könül Mirzəyevanın qohumlarına təzyiq edir, Arif Hacılının və Isa Qəmbərin Xaşmaza gəlişi ilə bağlı sorğu-suala tuturlar”, – M. Hacıbəyli bildirir.
Dünən günün ikinci yarısında Musavat Partiyası Xaçmaz r-n təşkilatının üzvü, Müsavat Məclisi və Qadınlar Şurasının üzvü Könül Mİrzəyeva (Könül Turan Türk) uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir.
Allah rəhmət eləsin!