|
07 oktyabr 2016-cı il KXCP-nin mənzil qərargahında “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti toplantısı keçirilib.
Teleqraf.az xəbər verir ki,yığıncaqda - ölkədəki içtimai - siyasi vəziyyət müzakirə olunub. Əhalinin sosial – iqtisadi vəziyyətinin günü – gündən pisləşdiyi, ölkədəki iqtisadi böhranın hakimiyyətin uğursuz, korrupsiyaçı fəaliyyətinin nəticəsi olduğu qeyd olunub. Müvafiq qərarlar qəbul olunub.
Əməkdaşlıq Mərkəzinin daha aktiv fəaliyyətə başlaması haqda prinsipial razılıq əldə olunub, konkret fəaliyyət proqramı razılaşdırılıb.