|
BİR DAŞ ÜZLÜ ADAM –DAŞLARI OXUYAN ALİM
... Monqolustanda doğulub. Bir vaxtlar Türklərin xanlıq, xaqanlıq etdiyi, ərazilərinə sahib olduğu , özlərindən sonra tarixlərini daşlara yazıb yadigar qoyduqları həmin Monqolustandaqədim türk kökənli ,əsli nəcabətli qazax ailəsində doğulub. Gözünü açıb, dünyanı anlamağa başlayandan, ətrafında yazılı daşlar, daşlardan yaradılmış abidələr, kurqanlar görüb. Haqqında söhbət açdığım Karajubay Sərtkojaoulı Qazaxıstanda Lev Qumilyev adına Milli Avrasiya Universitetinin professoru, Monqolustanın Çinqizxan adına Beynəlxalq Akademiyasının akademikidir. “Kültəkin” ordeninin laureatıdır. Türk dünuyasında dünyalarca məşhur bir elm əmbiyası, daşları oxuyan dərvişdir. Deyir ki:
- Anam mənə deyirdi ki, bizim totemimiz mavi canavardır. Onu bizə Tanrı göndərib. Bu bütün türklərin simvoludur. O canavar ki, türkü süd verərək, ölümdən qurtarıb. 4-cü sinifdə oxuyurdum. Bir dəfə günbatandan sonra anam məni yanına çağırıb qulağıma pıçıldamağa başladı: Sənin sahibin “kok bori”, yalquzaqdır. O sənə güc verəcək, o səni qoruyacaq, o müqəddəsdir. Anamdan soruşdum ki, niyə bu sözləri mənə gizlində , pıçıltıyla deyir?! Cavab verdi ki, bu duanı bərkdən oxumaq olmaz, onu ancaq günbatandan sonra, ikilikdə oxuyarlar.
Tarixin əksər məişət ixtiraları türklərə məxsusdur
- Ananız qulağınılza sirli sözlər oxudu. Siz isə 45 ildir ki, üzü Monqolustan çöllərindən tutmuş Sibir düzənliklərinə qədər Türk xaqanlarından, Türk səltənətlərindən yadigar qalan daşları oxuyursunuz.
- Mən uşaqlıqdan o daşların yanında yatmışam. Onları əllərimlə sığallayıb, nazını çəkmişəm, ən böyük arzum olub ki, kaş bu daşlardakı yazıları oxuya biləydim. Görünür anamın xeyir -duaları , mənə verdiyi öyüdləri eşidib Tanrı. Məni əmanət etdiyi yalquzaq sahib çıxıb bəndəsinə. Yolumu-izimi açıb. Yetişmişəm o ünvana. İlk dəfə bu daşların açarını tarix fakuləsində oxuyarkən məşhur qazax türkoloq tarixçisi Ubaydulla Ömərovun əsərində görmüşəm. Onun tərtib etdiyi qədim daş əlifbasını öyrənib, qədim türklərin tarixinə yol açmışam. Və bundan sonra bilmişəm ki, Göy türklərin xaqanlıq etdiyi vaxtlardan əlifbaları, daş yazıları olub, və bunların da əksəriyyəti qədim Monqolustan torpaqlarında saxlanır. Burada 13 böyük, 43 ərazidə isə 120-dən artıq kiçik yazılı daş abidə vardır. Bu xətlər, yazılar hamısı qədim türklər olan – qazaxlar, azərbaycanlılar, noqaylar, türklər, özbəklər, yakutlar, karaimlər, taralar və başqırların tarixinə, ulusuna aid orhon-yenisey yazılarıdır . Bu yazılar olmasa, biz soyu-kökü bilinməyən birisi kimi yetim qalardıq. Bizim kökümüzün əzəli bu yazılardır. Bizim ruhumuz, mədəniyyətimiz, varlığımız, Monqolustan səhralarındadır. Tapdığımız mətnlərdə 10 dövrün yazıları var. Bu dövrləri əhatə edən atlas da hazırlamışam. İndi o Atlas türk dilinə tərcümə edilir. Yalnız bu daş yazılara görə, əsasən də G
Kültəkinin daş üzərində yazdığı məktublar oxunduqdan sonra, SSRİ-də “Türkologiya” adlı elm də yarandı. Hər bir türkün borcu Göy türklərin izini göz- bəbəyi kimi qoruyub saxlamaqdır. Asiyada və dünyada ilk dəfə metala yeni görünüş verən, dəmiri icad edən, ilk dəfə divarlara rəngli şəkillər çəkən, xana-xalça toxuyanlar da türklərdir. Qədim Altay əraziləri bunun sübutudur. Bu ərazilərdəki qızıl və gümüşdən tapılan alətlər türklərin necə böyük nəqqaşlıq və dəmirçilik məharətinə sahib olduqlarını göstərir. Altaydakı dağ sislsillərində 30 kilometr uzunluqda çəkilən, hər birinin 4,5 milyon yaşı olan şəkillər: bu yazılarla onlar özlərinin varlıqlarını qoyub gediblər. Hərb işi, toy, yas mərasimlərinin şəkilləri , dövlətçilik rəsmləri həkk olunub o daşlara. Bütün bu həqiqətləri yəqin etdikcə, bir daha türk sivilizasiyasının necə qədim və mədəni olduğu anlamına gəldim. Bilirsinizmi ki, ilk dəfə şalvar geyinməyi də türklər gətirib insanlığa. Atı ram edtiyimiz gündən də, şalvar geyinməyə başlamışıq. At üstündə rahat oturaq deyə çəkmə tikməyi və toxumağı gətirmişik mədəniyyətimizə. Ərəblər isə 20-ci əsrə qədər şalvarsız gəzirdilər. Köçərilik bir adətimiz olduğundan ev-araba icad etmişik. İçərisində ailə ilə həm yatıb dincələ, həm də yol gedə bilmişik . Bir başçıya və ya bir ailəyə mənsub olan evi köçəri türklər bir yurddan başqa yurda daşımaq üçün təkəri fikirləşiblər. O təkərləri arabalara qoşandan sonra 40-50 camış həmin yükü çəkməli olub... Nərdivanı demədim... qədim türk tayfaları icad ediblər. İlk nərdivanlar heyvan sümüklərindən hazırlanıb. Bütün bu kəşflər kosmosa çııxış qədər əhəmiyyətlidir... sadalasam, bir gün yetməz qədim türkün ixtiralarına...
Monqolustanın daxilində və xaricində təkcə Hun imperatorluğunun dövrlərinə aid olan 20 şəhər tapılıb. Sibirdə 24 qədim şəhər aşkar edilib. İndi götürək Azərbaycanı. Dəmir qapıdakı runi yazılarını. Bu ərazilər təkcə Sarı-arkanı deyil, Xəzər ətrafını da əhatə edir. 45 ilə yaxın Monqolustandan üzü Sibirə qədər oldğum güzərgahlarda nə qədər qədim mətnlər oxumuşam.
Biz o tarixi qoruya bilmədik...
- Və nə yazıqlar olsun ki, bu gün Azərbaycanda və bir vaxt keçmiş sovet ərazilərinə aid olan yerlərdə bu türk abidələri demək olar ki, yox dərəcəsindədir. Bizim qoruyub saxladıqlarımız ərəb və fars dilində yazılan abidələr oldu... Heyif yaddaşımıza deyilmi?
- Niyə yoxdur?! Niyə saxlanmayıb?! Yaxşı sualdır. Deym də... İslamın Sırdərya və Amudərya sahillərində yayılmasına qədər, bu yerlərdə güclü türk sivilizasiyası mövcud olub. Bu sahillərdə tanrıçılığı vəsf edən abidələr olub. Islam yayılmağa başlayandan sonra isə, müsəlman dinini yaymağa gələn ərəblər yazılı mətn olan daşlarımızı, insan və heyvan şəkilləri çəkilən daşları darmadağın etdilər. Olan- qalanımızı da Rus İmperiyası dağıtdı. Monqolustanda isə bu günə qədər qorunub saxlanır. Monqolların yazılmamış və dövlət qanunlarına görə ağacları kəsmək, qəbirləri, məzarları, kurqanları dağıtmq, abidələri uçurmaq günahdır. Dini inancları buddist olan monqollar bu qaydalara əməl etməyənləri cəzalandırırlar. Ona görə də bizim qədim türk tarixini orada tapmaq çox asandır.
-- XIX əsrdə danimarkalı arxeoloq alim Tomsen Kristian Yurgensen runi yazıların açarını tapmışdı. Hətta X əsrə aid olan “uyğur” məktublarını oxumuşdu. Onun yolunu elə həmin əsrdə rus əsilli şərqşünas və türkoloq alim Vasiliy Vasileviç Radlov davam etdirdi. Siz də o yazılardan yəqin ki, bəhrələndiniz.
-- Doğru buyurdunuz. Onlar bu yazıların açarını tapdılar. Oxumağa cəhd etdilər. Lakin bizim fonetikanı tapa bilmədilər. Son beş ildə isə biz bu mətnlərin onetikasını da tapıb oxuduq və təsdiq etdik ki, bu səslər qədim qıpçaq səsləridir, qıpçaq dilidir. Daha çox qazax dialektinə məxsus olan “j” səsi və hərfi bir qayda olaraq sözün əvvəlində və ortasında işlənir. Bizim əcdadlarımız ümumi yazılı əlifba yaratmışdılar ki, hamı bir-birini anlasın. Məsələn, qıpçaq dillərində ata “jılkı”, oğuz dilində isə “İlkı”(ilxı) deyilir. İki dialekt mövcud idi. Qıpçaq və oğuz dialekti. Onları bir birindən fərqləndirən isə “j” və “i” hərfləri qədim runi yazılışda eyni cür yazılırdı. Mən Radlovun, Tompsonun, Gekkelin oxuduğu yazıları yenidən oxuyub başa çıxdım. Yeni surətlərini yaratdım. Bilirsiniz niyə? Çünki, həmin alimlər adətən Monqolustana ekspedisiyaya ancaq yay vaxtı gedərdilər. Monqolustanın da təbiəti çox dəyişkəndir, sərt kontinentaldır. Eyni gündə həm yağış yağar, həm qızmar gün çıxar. Belə havalarda da dəqiq surət çıxarmaq çətin olur. Ona görə də mətnlərin açılmasında anlaşılmayan yerlər var idi. Göy türklərin etno-psixologiyasına, etno mədəniyyətinə tam vaqif olmayınca, bu yazılar öz sirrini kimsəyə verməz. Məsələn , onların tərcüməsində “tanir -tek” sözü “Tanrıya bənzər” kimi tərcümə edilib. Bu doğru yanaşma deyil. Hətta ən savadsız türk belə özünü Tanrı ilə müqayisə edə bilməz. Avropalılar qədim türklərin mənəvi dünyasını, psixologiyasını hiss edə bilməzdilər. Bu dünyəvi elementləri müqayisə edəndə bir daha əmin olursan ki, qədim türklərin bir Allahı olub. O da Tanrı. Hətta, bu gün İslamda deyirlər ki, “ Allahdan başqa Allah yoxdur”. Buna görə mən əlimi ürəyimin üstünə qoyub deyirəm ki, təkallahlılıq da İslama elə tanrıçılıqdan gəlib. Ola bilər ki, kimsə mənim bu fikrimlı razılaşmasın. Lakin bir maraqlı həqiqəti də desəm , fikrimi tam izah etmiş olaram. Türkçülükdə hələ islamaqədərki dövrdə “sünnət”adəti olub. Yazılı mətnlərdə var: “Umay ana Tanrı oğluna sünnət etdirdi”. (Tanrı oğlu, yəni tanrı bəndəsi, insan). Qədim Səhralarda bu adətə “atboldırıttı” (at kimi oldu) deyərdilər. Və 10 yaşında oğlan uşağını sünnət edərdilər. Bu Göy türklərin dövründən qalan adətdir. Sənəd istəyirsinizsə, sübutumu göstərim: 1949-cu ildə rus arxeoloqu Mixail Nikanoroviç Kislov Altayda Acar qəbirlərində axtarış apararkən, belə nəticəyə gəlir ki, köçəri türklərdə sünnət adəti olub. Bu ənənə cuhudlardan deyil, göy türklərdən qalma bir adətdir. O bunun elmi izahını yazıb təsdiq etmişdi.
60 damğalı Məngu Daş—Əbədi Daş və göy türklərin göy damğası
- Karajubay Sərtkojaoulı bu yaxınlarda Beynəlxalq Türk Akademiyasında ucaldılan 60 damğalı Məngu Daşdan xəbər verin bizə.
- Mangü daşı ilk dəfə 1957 ci ildə monqol arxeoloqu Dorjen Suren tapıb. Təqribən eramızın 731-ci ilinə aiddir. Sonra bu daş unuduldu. Sonra onu yenə mən 1981-ci ildə axtardım,və böyük məzarlıq kompozisiyada tapdım. Şəklini çəkib ictimaiyyətə təqdim etdim. Üzərində qədim türk qəbilələrinə məxsus 60 a yaxın damğa vardır. Türk İmperiyası yarananda 57 türk tayfası buraya gələrək, Göy türkün bayrağı altında bu daşa öz möhürlərini və damğalarını vurur və o bayraq altında birləşməkləri haqqında and içirlər. Ona görə də mən belə hesab edirəm ki, bu çox müqəddəs daşdır. Daşın hündürlüyü 1 metr 60 santimetrdir. İlteriş xaqan, onun oğlanları Kültəkin, Bilgə xaqan, Abız Tonukök – onlar bizim ulu əcdadlarımızdır. Belə insanlar min ildə bir dəfə doğulur. Onların qurultayında bu daşa imzalar atılır. 1500-2 000 min il əvvəl əcdadlarımız o daşlara arzularını, istəklərini yazdılar ki, sülh, əminamanlıq naminə qurduqları birgəlikləri min illərə qalsın. Yazdılar ki, türk dünyası bir olsun!
-Müsahibələrinizdən birində Şimali amerikalı hinduların da türklərdən törədikləri barədə mülahizə irəli sürürsünüz. Bu nə dərəcədə doğrudur?
- Alimlərin və tədqiqatçıların nəzəriyyə və gəldikləri nəticələri bir araya gətirəndə, belə məlum olur ki, Şimali amerikalı induslar Alyaskaya Altaydan üç dövr ərzində miqrasiya ediblər. İlikn köç 40 min il bundan əvvəl olub, ikinci köç 20 min ldən ötüb, və üçüncü köç isə 12 min il bunadn əvvəl baş verib. Qədim türklərin və Şimali amerikalı indusların mədəniyyətində çox oxşar cəhətlər var. Bundan əlavə isə danılmaz bir fakt və arqument var ki, onu heç kim inkar edə bilməz: ancaq türklərdə və şimali afrikalı hinduların doğulan uşaqların belində göy ləkə olur.
- Əsil türk necə olmalıdır ?!
- Bilirsinizmi o dövrün türkləri necə olub?! Onlarda yalan, aldatma olmayıb. Onlarda türk ruhu olub. Azad, güclü, ürəkli, könüllərində Vətən, torpaq sevgisi. Təmizliyi, dürüstlüyü olmayan şəxs türk sayıla bilməz. Türk qızları gözəl, döyüşkən, olurlar. Türk igidləri kimi. Bilirsiniz , nə zaman dəyişilməyə başladı bəzilərində bu xarakterlər? İslam Göy türk ərazilərində yayılmağa başlayandan , insanların vara-dövlətə sevgisi də çoxaldı. İslamda bir ailə qanunu var. Əmiqızı ilə əmioğlunu evləndirmək. Onlar ki, bacı-qardaşdırlar. O zamanın İslam liderləri bunu var-dövlətlərinin başqa tayfaya keçməməsi üçün edirdilər. Ancaq qazaxlar günü bu gün də 7 arxa dönəni ilə evlənmir. Bizlərdə qohuma qız verməzlər, bu az qala cinayət sayılır. Biz bu günə qədər də qanımızın təmizliyini qoruyub saxlamışıq. 7 arxadönən babalarımızı, şəcərəmizi tanıyırıq. I X-X əsrlərdə İslam qayda qanunları, adətlərini farslar və ərəblər türk ərazilərində yavaş-yavaş tətbiq etməyə başladılar. Bununla da Tanrıçılıq məcburi surətdə unudulmağa başladı. Dünyanın əzəlində Tanrıçılıq təkçə din deyildi, həm də həyat fəlsəfəsi idi. O zamanın insanları təbiətdən güc, nur alırdılar. Hətta türkoloq alim Lev Qumilyev da tanrıçılığın biosfera ilə tam harmoniyada olduğunu yazırdı. Ağacları qırmaq, təbiətə ziyan vurmaq ən böyük günah sayılırdı. Bütün bunlara baxmayaraq, din qazax türklərinə fundamental təsir edə bilmədi. İndinin özündə də qazaxlar arasında dini fundamentalizm yoxdur. Azərbaycanlılar, türkmənlər, özbəklər, türklər daha çox fundamentaldırlar. Bizdə üzünü bağlamaq adəti bir azca cənub tərəfdə var, bizim qızlar, gəlinlər həmişə azad olublar. Niyə, çünki bizim həyat tərzimiz, bizə icazə vermirdi ki, dini funadamental şəkildə qoruyaq. Biz köçəriyik. Köçəri tayfalarındanıq.
- Karajubay ağa, Sizə baxanda sifətinizin cizgiləri, ədalarınız mənə Daş Adamı xatırladır. Daşlar sizin üçün nədir?
-- Mən daşlara toxunanda elə bilirəm ki, yanırlar, istilikləri var. İlk dəfə kitabələr yazılmış daşlara da yaxınlaşanda bu istiliyi hiss etmişdim. Bu isə Tanrının və ruhların işidir. Mənim üçün onlar canlıdırlar. Bütün həyatım onların yanında keçib, onları öyrənmişəm, onlarla söhbət edib, sirrlərinə vaqif olmuşam.
-- Oxumadığınız daş yazı, görmədiyiniz iş qalıbmı?
-- Göy türklərin tarixini yazıb bitirməliyəm. Göy türklərin bir neçə sözlərinin mənasını açmalıyam. Bir də monqolların nəsil şəcərələrini tərcümə etməliyəm.
-Yuxularınızda nə görürsünüz? Kimlərin ruhu Sizi ziyarət edir ?
-- Hər dəfə təzə nəsə tapanda və ya, tapmaq ərəfəsində qəribə yuxular görürəm. Daha çox daşlar olur. Türk daş yazılarını görürəm, abidələri görürəm. Təzə bir yenilik olmazdan əvvəl, yeni yazının açarını tapana yaxın yuxuma ölkə prezidenti Nursultan Nazarbayev gəlir. Onda bilirəm ki, işlərim yaxşı gedəcək. Daha çox yazılı daşları görəndə sevinirəm. Çünki o daşlarda həqiqətən də əcdadlarımızın ruhu var. İki il bundan əvvəl yuxularımı lap çox qarışdırırdım. Sonra türklərə məxsus ən qədim dombranı tapdım. Qədim türk dövlətçiliyində ikinci xaqan olub, Muhan xaqan (Muğan xaqan) tez-tez yuxularıma gəlir. Onun bir barmağı bizim iki barmağımızın ölçüsündədir. Çox iri cüssəli bir igiddir.
-- Əgər arzularınızı həyata keçirə bilsəydi, Muhan xaqandan nə soruşardınız?
-- Deyərdim, yenə türkləri başına yığ, bir araya gətir, birləşdir! (burada Daş adamın gözləri yaşarır, səsi titrəyir)
- Karajubay Sərtkojaoulı azərbaycanlılara nə arzulayardınız?
-Azərbaycanlı qardaşlarım unutmayın ki, bizim kökümüz eynidir, biz birik. Bu birliyi qorumalıyıq!
Min illərdir tanıdığım bu daş adamdan ayrılanda qucaqlaşdım. O da kövrəldi, mən də... Ona görə min illərdir dedim ki... bunu bilənlər bilir.
Aida Eyvazlı
“Discovery Azerbaijan” jurnalı
TURKUSTAN.info