|
CHP sədrinin köməkçisi və partiya sözçüsü Haluk Koç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hökuməti qurma işini CHP sədri Kamal Kılıcdaroğluna təqdim etməsini gözlədiklərini bildirib.
Axar.az xəbər verir ki, partiya sözçüsü yazılı açıqlama verərək, AKP sədri Əhməd Davudoğlunun ona verilən vəzifəni yerinə yetirə bilmədiyinin aydın göründüyünü qeyd edib. CHP sözçüsü açıqlamasında bu fikirləri səsləndirib:
“Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlunun Konstitusiyanın 109-cu maddəsinə uyğun olaraq 2015-ci il, iyulun 9-da ona verilən hökuməti qurma işini yerinə yetirə bilmədiyi aydındır. Buna görə də öz vəzifəsindən demokratik hökumətə və milli iradəyə hörmət göstərərək vəzifəsini təhvil verəcəyi, Prezident Ərdoğanın isə bu işi Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğluna təqdim edəcəyini gözləyirik”.