“Əgər bu hadisələrdən sonra Ərdoğan bu günkü yolunu, Sultanlıq həvəsini davam etdirsə əminəm ki, bu həm Türkiyə üçün, həm də onun özü üçün faciə olacaq”.

Bu sözləri Türkiyə Cümhuriyyətində baş verən çevriliş cəhdinə münasibət bildirən tanınmış vəkil Aslan İsmayılov deyib.

Teleqraf.az-ın məlumatına görə, Baş verənlərin oyun olmadığını əsl çevriliş istəyi olduğunu bildirən Aslan İsmayılov bunları deyib:

“Türkiyədə baş verənlərlə bağlı bəzi fikirlərimi bildirirəm. Bu müddət ərzində yazmamağımın səbəbi heç də gözləmə mövqeyi deyildi. Gözləmə mövqeyində olmaq, baş verənlərdən yararlanmaq üçün dərhal tərəf tutmaq siyasətçilər üçündür. Mənə vacib olan isə özümə ikinci Vətən saydığım Türkiyənin gələcəyidir. Söylədiyim fikirlər də ancaq bu məqsədi güdür.

Ərdoğanın son illər apardığı siyasətin çox yalnış və Türkiyə üçün zərərli olduğunu bir daha təkrarlayıram. Son illər ərzində Ergenekon şousu, gah ərəbçilik, gah ümmətçilik siyasəti yürütmək, Səudiyyə Ərəbistanı ilə işbirliyinə girmək, Avrasiya İttifaqına qoşulmaq ideyası Türkiyənin bu gününə və gələcəyinə çox ziyan vurdu. Bununla belə istənilən çevrilişin, idarəçilikdə güc işlətmənin qəti əleyhinə olduğumdan çevriliş cəhdini, xüsusilə xalq tərəfindən seçilmiş hakimiyyətə qarşı istənilən gücü qətiyyətlə pisləyirəm. Bu çevriliş baş tutacağı təqdirdə Türkiyəni yaxşı halda Misirin, pis halda isə Liviyanın aqibəti gözləyirdi. Ən yaxşı halda isə bir oyuncaq hakimiyyət olacaqdı.

Baş vermiş hadisələrdən ağıllı hakimiyyət nəticə çıxardıb Türkiyənin səs vermiş 50%-nin yox, bütöv xalqın hakimiyyəti olduğunu anlamalı, son illər buraxdığı səhvlər düzəltməli və hakimiyyəti saxlamaq üçün apardığı oyunların, həm Türkiyə üçün, həm də özləri üçün təhlükəli olduğunu anlamalıdır. Əgər bu hadisələrdən sonra Ərdoğan bu günkü yolunu, Sultanlıq həvəsini davam etdirsə əminəm ki, bu həm Türkiyə üçün, həm də onun özü üçün faciə olacaq.

Baş verənlər, bir çoxlarının fikirləşdiyi kimi oyun deyildi. Bu, əsl çevriliş istəyi idi və sadəcə, burada tək hərəkətdə iştirak edənlərin deyil, böyük güclərin də iştirakı var idi. Burada iki hal mövcuddur. Birincisi, Ərdoğan hakimiyyəti belə bir çevrilişin olacağını bilirdi. Ancaq bu cəhdin hakimiyyətləri üçün çox da təhlükəli olmadığını bildiklərdən baş verməsini lap əvvəldən əngəlləmədilər ki, hələlik tam sultanlıq qurmaq üçün əngəl ola biləcək gücləri bununla tamamilə sıradan çıxartsınlar. Bunun özü də çox pis haldır. Yox, əgər Ərdoğan hakimiyyətinin xüsusi xidmət orqanları bu qədər güc və insan cəlb olunduğu çevrilişin hazırlandığını bilmirdisə bunun özü də çox pisdir.

Bir halı da xüsusi vurğulamaq istəyirəm. Bu çevrilişdə iştirak edənlərin hamısının xain, Vətən, xalq düşməni adlandırılmasının qəti əleyhinəyəm. Əminəm ki, bu hadisələrdə iştirak edənlərin mütləq əksəriyyəti həqiqətən Türkiyəni Vətən olaraq dəlicəsinə sevənlərdir və sadəcə dünyagörüşlərinin, savadlarının və sadəlöhv olmalarının qurbanı oldular. Onlar həqiqətən gələcək güclü və firavən Türkiyə üçün canından keçməyə hazırlaşmışdılar. Onları bu addımı atmağa məcbur edən də Ərdoğan hakimiyyətinin son illər apardığı yalnış siyasət və bu yöndə nümayiş etdirdikləri şoular idi”.

Elşən Əlisoy

 

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

08 İyul 2016 “Yolbəyimiz Elçibəyin yanında olmaq, onun qutsal ruhunu duymaq istəmişəm”

Xəbər lenti