|
ABŞ-ın CBS kanalında "Face the Nation" adlı proqrama qatılan milyarder, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampdan ikrah doğuracaq növbəti açıqlama gəlib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Tramp ABŞ-da polisin şübhəliləri dəri rəngi, dini, milliyyəti və etnik mənşələrinə görə qruplaşdırmasını təklif edib.
Proqramın aparıcı bildirib ki, bu təklif ölkədəki müsəlmanların qruplaşdırılması anlamına gəlir. Tramp isə deyib ki, ABŞ bunu xüsusi olaraq düşünməlidir. Milyarder digər ölkələrin, o cümlədən İsrailin bu üsuldan istifadə etdiyini vurğulayıb.
İslam əleyhinə fikirləri ilə diqqət çəkən milyarder məscidlərin nəzarət altında saxlanılmasını tələb edir. Tramp Fransada məscidlərin nəzarət altında saxlanıldığını, hətta bəzilərinin bağlandığını bildirib.