|
İyunun 2-də Almaniya parlamentində (Bundestaq) 1915-ci il olaylarının “soyqırımı” kimi tanınmasına dair qətnamə layihəsini qəbul etdi. Almaniyanın bu ədalətsiz qərarına qarşı Azərbaycanda olan siyasi və ictimai təşkilatların mövqeləri bəyanatdan o tərəfə keçmədi. ideologiyalarının əsas təməlləriTurançılıq və Bütöv Azərbaycançılıq olan təşkilatlar da ciddi bir mövqe sərgiləmədilər.
Məsələ ilə bağlı Teleqraf.az-a münasibət bildirən Bütöv Azərbaycan Ocaqlarının (BAO) sədr müavini Zəka Sahib Azərbaycan hakimiyyətinin ölkədə keçirilən aksiyalara qarşı aqressiv münasibət göstərdiyini bildirdi:
"Bu tipli qərarla qarşı hazırki dövrdə etiraz aksiyası keçirməyin heç bir müsbət nəticəsi olmur və eyni zaman nəzərə alsaqki hakimiyyət ölkədə istənilən formada keçirilən aksiyalara qarşı aqressiv cavab verir, aksiyanın qarşısı alınır. Biz bunu Azərbaycanın Güneyində hüquqları pozulan soydaşlarımızla bağlı keçirdiyimiz aksiyalarda görmüşük. Almaniyanın həqiqətən uzaq olan "Erməni soyqırımını" tanıması bir daha sübut edirki Avropa birliyi və dünyanın əsas güc dövlətləri Türkiyəyə qarşı hər zaman ədalətsiz mövqedə durublar. Əgər onlar həqiqətəndə haqları pozulanın yanında olsaydılar o zaman Ermənistanın hazırki prezident Serj Sərkisyan və onun cinayətkar komandası beynəlxalq tribunal tərəfindən öz cəzasını almalı idi, çünki bu adam çoxda uzaq olmayan tarixdə 1992-ci ilin fevralında Xocalıda bəşər tarixinin ən faciəvi soyqımını törədilər. Ermənilərin iddia etdiyi yalanlar üzərində qurulmuş “Erməni soyqırımı”nın heç bir sübutu olmadıgı halda Xocalı soyqrımının danılmaz tarixi vaktları var, mərhum jurnalist Çingiz Mustafayev və bir neçə əcnəbi jurnalist bunu dünya ictimaiyyətinl çatdırdı. “Erməni soyqrımı” 1918-1920 ci illərdə Antantanın əsas mövzularında biri olduğu bir vaxtda müttəfiq dövlətlər Türkiyə ərazisinə komissiya göndərib bunu araşdırdılar. O zaman gələn nümayəndələr Türkiyə ərazisində gördüklərini teleqramla öz ölkələrinə çatdırıblar ki, bu ərazidə soyqrima məruz qalan türklər özləri olub. Almaniyanın bu mövqei Türkiyənin bölgədəki gücünü artırması və əsasən də Türkiyə dövlətinin PKK- ya qarşı başlatdığı haqli hərbi əməliyyatlarla bağlıdır. Əslində bu qərarlar biz türklərə düşünmək üçün işarədir, Avropa birliyi görünür bu məsələlər xristian dini faktorundan və öz mənafeləri baxımından yanaşır. Bütün bunlar Türkiyəni zəiflətmək və beynəlxalq aləmdə nüfuzdan salmaq üçündür, amma zəfər Türkiyənin olacaq və onun iqtidarı və milli müxalifəti bütün bu maneləri aşacaq, Türkiyənin yanındayıq."
Elşən Əlisoy