|
“Bu gün Bakıda ilk Avropa Oyunları başlayır. Oyunlara qatılan 291 idmançımıza bol-bol qələbələr arzulayiram. Arzu edirəm ki, onlar qabliyyətləri və gücləri ilə Azərbaycanımız zirvələri fəth etsin, üç rəngli bayrağımız dəfələrlə yüksəlsin, himnimizin musiqisi təkrar-təkrar səslənsin”.
Teleqraf.az-ın xəbərinə görə, bunu özünün Facebook sosial şəhifəsində Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu bildirib.
Onun fikrincə, uzun müddət müzakirələrin mərkəzində olan və getdikcə daha aktuallaşan Avropa Oyunları yəqin ki, hələ çox dəyərləndirmələrə məruz qalacaq:“Biz, ADR olaraq, bu oyunlara Azərbaycanın qonaq sahibliyi etməsinin deyil, bu tip tədbrilərdə atəşfəşanlığın, dəbdəbələrin və bir sözlə, izafi xərcləmələrin əleyhinə olmuşuq”.
Q.İbadoğlu daha sonra yazıb: “Hesab etmişik ki, bu tədbirlər maksimum rasionallıqla və hesabatlılıqla təşkil olunmalıdır ki, ondan iqtisadiyyatımız maddi ziyanlar çəkməsin, ölkə vətəndaşlarımız məlumatlı olsun. Eyni zamanda oyunlardan sonra bizə qalacaq idman infrasturkturunun yaradacagı xərclər sonradan büdcəmiz üçün əlavə yükə çevrilməsin”.