Qabil Əliyev

Ötən gün Azərbaycanın ikinci prezidenti, milli-azadlıq hərəkatının mərhum lideri Əbülfəz Elçibəyin doğum günü keçirildi. Zamanında qədri bilinməyən, Allah dərgahına qovuşduqdan sonra, dördüncü prezident İlham Əliyevin analoqu olamayan “xidmətlərinin” sayəsində, qədir-qiyməti - vaxtilə ona xəyanət edən, quyu qazmaqda yarışa duranlar tərəfindən belə dilə gətirildi.

Onun böyük adından bəziləri hələ də öz məqsədləri üçün istifadə etsə də, böyük kəsim hələ də Elçibəy ideolojisini daxilində yaşadır. Sosial şəbəkələrdə, mətbuatda izlədiklərimdən belə qənaətə gəldim ki, sağlığında quyusunu özümüz qazmağımıza rəğmən, rəhmətlik Böyük Bəyi millət olaraq, ölümündən sonra ancaq yaxşısı ilə, sayğı ilə anırıq...

Həqiqətən də biz bəlkə də dünyada nadir millətlərdənik ki, Cabir Novruz demiş “sağlığında insanlara qiymət verə bilmirik”. Biz o millətlərdənik ki, rəhbər şəxsləri öldüyündə sələflərinin əməli ilə müqayisə edib qiymətləndiririk, öləndən sonra “mataha mindirdiklərimizi” sağ olanda görməyə kor qalırıq. Biz o millətlərdənik ki, ölülərimizi öləndən sonra belə dirilərimizi rahat buraxmamağa məcbur edib o dünyaya yola salırıq... Biz o millətlərdənik ki, dirilərimizi ölü kimi görmədən, ölülərimizi isə məzara qoyub ilini çıxarmadan qiymətini biçmirik. Və ən nahəyətində biz o millətlərdənik ki, hər şeyi “sonrakı ağlımızla” qiymətləndirməkdən vaz keçə bilmirik...

Doğrudur, Əbülfəz Elçibəyin sağlığı da, dünyasını dəyişməyi də əsl qədirbilənlərin gözündə dəyərini dəyişə bilməzdi. Amma böyük bir toplumun hələ indi, rəhmətlik Bəyin yoxluğunun düz on altıncı ilində “onun böyüklüyünü anlayacaq qədər gözləri açılıb”. Həqiqiətən də, cəmi bircə ilə Elçibəy Azərbaycana nələr vermədi ki?

Rəhmətlik Bəy, tarixinin son əsrlərini müstəmləkəçilikdən qurtula bilməyən, səsi çıxdığında qulağı kəsilən bu millətə haqqını, azadlığın, özgürlüyün tamını tanıtdı... Cəmi bircə ilə, bu millətin gələcəyinin projesini çizdi – o proje ki, sonralar sahibliyi Heydər Əliyev tərəfindən dəyişdirildi, mənimsənildi, artıq millətin deyil, hakimiyyəti işğal etmişlərin ailələrinin gələcəyinə xidmət etdi.

Zaman – öldükdən sonra şəxsiyyətləri, özəlliklə ideoloji qurucularını müxtəlif cür xatırladır. Məsələn, bu gün birinci sinfin dərsliklərini bəzəyən Heydər Əliyevi, mən bu gün Lenin kimi xatırlayıram. Lenini də xatırlaya bilmirəm təəssüf ki... Əminəm ki, İlham Əliyev getdikdən sonra, onu da elə o cür, uzağı Stalin kimi xatırlayarıq (baxmayaraq ki aralarında xeyli ciddi fərqlər var). Bu gün omrünün əsas hissəsi gündəlik Leninin təbliğatına məruz qalan insanlar belə, Lenini, onun adını xatırlamayacaq qədər adiləşdiriblərsə, Heydər Əliyevin adını xatırladanlar da (və ya xatırlamağa məcbur edənlər) onun xatirəsinin o cür xatırlanmasına zəmin hazırlayırlar. Bircə böyük Bəyin adı hansı tərəziyə qoyulsa ağır gələcək.

Doğrudur, mövcud hakimiyyət Elçibəyi ləkələmək üçün danışdıqca kiçilən, aldıqları “tulapayına” dəridən-qabıqdan çıxan neçə-neçə “kuklalar” düzəltdi, ancaq nə qədər həqiqiətləri təhrif etdilərsə, Elçibəyi daha da dühalaşdı, daha da uca, daha da əlçatmaz oldu... Eynilə, əllərində olan gücü Məmməd Əmin Rəsulzadənin unutdurulmasına yönəltdikcə, xatırlatdığı, böyütdüyü kimi... Bu boyda dövlətin adını qoyan Məmməd Əminin başına torba keçirməyə utanmayanlar, özləri də bilmədən bəlkə də Məmməd Əmini tanımayan neçə-neçə ürəyə onun adını əbədi həkk etməyi “bacardılar”.

Bu gün Elçibəyin bir heykəli, daha doğrusu qəbirüstü abidəsi var. Başqalarından və başqalarının heykəlindən fəqli olaraq, hər kəs çəkinmədən, qorxmadan Bəylə görüşə gəlir, onunla dərdləşir, ürəyini boşalda, sağlığında olduğu kimi davrana bilir. Ən azından üstünü yazmağa görə cinayət işi, baxmağa görə inzibati həbs, qabağından keçməyə görə polisə çağırılacaq qədər, qorxulu keçmiş Prezident olmadığına görə...

Bəziləri hələ də daş heykəl olmaqdan qabaq, insanların qəlbində “heykəl” olmağı anlamırlar. Parklarda, bağlarda, haradasa soyuq daş heykəl olmaqdansa, sabah  başına ip salıb sürünən, böyrü üstə qoyulan heykəl olmaqdansa, qəlblərin heykəli olmağı tərcih edən cənablar. Eynən rəhmətlik Əbülfəz Elçibəy kimi...

P.S. Təzəlikcə öyrənmişəm ki, danışmağa məcbur edən olmasa, “ölünün arxasınca danışılmaz”... 

Demokratik  İnteqrasiya Assosasiyası” İB sədri  Qabil Əliyev

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

13 İyun 2016 “YAZIÇI” SÖZÜ QAN TURALIDAN BEZİB

Xəbər lenti