Bəxtiyar Hidayət

Dəhşətli əzablardan yaxa qurtarmağa çalışırdı balıqçı. Allaha yalvarmaqdan da qorxurdu. Çarəsiz vəziyyətdə çırpınırdı. Dili söz tutmasa da, ürəyində Allaha yalvarmaq istəyirdi. Amma qorxurdu ki, əzablarını Allah daha da artırsın.
Bu əzablardan bir xeyli şükrənli əzaba düşmüşdü əvvəllər. Və onda Allaha yalvarmışdı ki, məni bu bəladan qurtar, bir də soxulcanları qəddarlıqla diri-diri qarmağa taxmayacağam. Mən indi bildim soxulcanlar nə çəkir.
Amma sağalan kimi vədini unutmuşdu balıqçı.
Onda həkimin dediyinə görə, buz kimi daşın üstündə uzun müddət oturduğu üçün babasil olmuşdu. Və babasil üçün istifadə olunan mil bağırsaqlarında hərlənəndə soxulcanlar düşmüşdü yadına – gör onlara nə əzab vermişəm. Yəqin soxulcanların qarğışı tutub məni. Elə onda Allaha yalvarmışdı dönə-dönə. Özünün dediyinə görə Allah onu eşitmişdi onda. Və sonralar o babasil ağrılarından cana doyub Allaha yalvararkən Allaha verdiyi sözü tutmadığının bəlasın çəkəcəyini heç düşünməmişdi də. Bu da axırı-indi də onun düşüncəsinə görə Allah balıqların əziyyətini çəkdirirdi ona.
Iki dəfə narkoz vurulsa da, sanki heç nə olmamışdı. Çimdikləyən olsa da hiss edərdi.
- – -
Dünən uşaqlara balıq qonaqlığı verirdi. Balığın az olacağından qorxaraq evindən telefon xətti üçün nəzərdə tutulmuş nazik naqillə çaya elektrik çəkmişdi. Sanki bu telefon xətti balıqlara ölüm kabusunun gəldiyini xəbər verirdi. Bir xeyli balıq tutdu uşaqlar gəlincə. Demək olar ki, balıqlara qarşı soyqırım yapmışdı. Lap xırda balıqlar yerindəcə ölüb qarnıüstə qalırdılar. Bir az böyüklər- təxminən şəhadət barmağından bir qədər uzun olanların isə, hardasa “dirilmək” imkanı vardı. Əlbəttə ki, əgər torla tutulub vedrəyə atılmasaydılar.
Sonra da uşaqlar ocaq qalayınca qarmaqla bir-iki iri balıq tutdu. Xırda çeçələ barmaq boyda balıqlara gözucu baxmayan uşaqlara sanki özünü göstərirdi:
-Sarılığın bir nömrəli dərmanıdı ay bədbəxtlər, siz nə bilirsiniz belə şeyləri.
Beləcə də az qala bir xıçma xırda balığı uddu balıqçı. Sonra da içkinin təsirindən başladı başqa məharətini də göstərməyə. Balığı qılçıqlı-qılçıqlı yeməyə. Bu da axırı. Böğazında qılçıq qalmışdı. Nə qədər su içsə də , üstündən quru çörək yesə də xeyri olmadı. Daha da boğazı pis hala düşdü. Sanki boğazı qarmağa keçmişdi.
- – - – -
Narkoz təsir etmədiyindən qarnının tüklərinin quru-quru qırxıldığını hiss etdi. Gözünün önünə gəldi-balıqların diri-diri pulcuqlarını təmizləməsi. Off, onlar nələr çəkirmişlər. Ən əzablısı sonra oldu. Qarnını yardı həkimlər. Balıqların qarnını necə yardığını gözləri önünə gətirdi. Və balaca oğlu düşdü yadına.
Bir gün evə xeyli balıq gətirmişdi. Arvadın nəsə başqa işi vardı. Balaca oğlu ilə birlikdə başladılar balıqların qarnını yarmağa. Bir də balaca oğlu ona dedi:
-Ata, qoy bir az keçsin, sonra özüm hamısının qarnını yararam, sən heç zəhmət çəkməzsən.
-Ay axmaq, hazır elə isti-isti yar də balıqların qarnını.
-Ata, hələ ölməyiblər, diri-diri yara bilmirəm, yazığım gəlir
-Axmaq oğlu axmaq. Məndən olub mənə oxşamayan beyşüür. Rədd ol gözüm səni görməsin, leşmi yeyək indi biz?
- – - -
Elə bağırdı ki bəlkə də səsi dünyanın bütün balıqlarına çatdı. Bağırsaqları da mədəsi də yarılmışdı. Xırda, “sarılığın dərmanı” balıqlar həzmə getməmiş, mədəsində daşlaşmışdılar.
Bu onun son bağırtısı oldu.
Amma balığı necə yediyini gözünün önünə gətirə bilməyəcəkdi torpaq onu yeyərkən.

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti