Nərmin Kərimzadə

Artıq Ramazan ayındayıq, on bir ayın sultanını sevinclə qarşılayır və yaşayırıq. Hər bir müsəlman üçün bizə hidayət rəhbəri olan Quranın endirildiyi bu ayı yaşamaq xüsusilə zövqlüdür və böyük nemətdir. Ramazan ayı həm ibadət ayıdır, həm də bir çox yönü ilə təfəkkür ayıdır. Allah Quranda Ramazan ayı ilə bağlı belə bildirmişdir:

İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər  oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır.) Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz. (Bəqərə surəsi, 185)

Hər şeydən əvvəl bu ay sevgi, qardaşlıq və sevinc ayıdır bizim üçün, bütün dünyadakı müsəlmanlar üçün. Tək Allaha inanan, Peyğəmbərini qəbul edən və həyatında rəhbər kimi Quranı əsas götürən müsəlmanlar iftar və sahur süfrələrində bir araya gəlirlər, görüşürlər və bir yerdə oturub  Allahı zikr edirlər. Başqa vaxtda fərqli işləri olsa da, müsəlmanlar üçün ramazan süfrələrində bir yerə gəlmək, əlbəttə ki, böyük sevincdir. Bu da onlar arasında sevgini və qardaşlığı daha da artırır, aralarındakı birlik bağını daha çox gücləndirir. Sözsüz ki, birlik, qardaşlıq, həmrəylik Allahın bütün müsəlmanlardan istədiyi davranışlardan biridir.

Digər tərəfdən, Ramazan ayında oruc tutmaq, səhərdən axşama qədər ac və susuz qalmaq səbir tələb edir. Deməli, bu ay bizim üçün səbir ayıdır. Allah Ramazan ayı vasitəsilə səbrimizi gücləndirir. Kənardan baxanda müsəlman olmayan bəzi insanlar üçün çətin gələ bilər oruc tutmaq. Ancaq Allahın buyurduğu bu ibadəti müsəlman sevə-sevə edir. Allahın razılığını qazanmaq üçün bildirilən vaxtlarda sevinc və şövqlə ac-susuz qalır. Çünki əsl müsəlmanın enerjisi yediyi yeməklərdən deyil, ruhunda Allaha bəslədiyi iman və sevgidən qaynaqlanır. Əlbəttə, bu, gün boyunca aclıq və susuzluğa səbir etmək deyil, eyni zamanda, təvəkkül etməkdə, gözəl söz söyləməkdə, əsəbiləşməməkdə, bir sözlə, Allahın Quranda bildirdiyi bütün ibadətləri həyata keçirməkdə səbir etməkdir. Allah üçün gün boyu ac və susuz qalan insan həm də ruhən güclü olur, özünə inam qazanır, əxlaqındakı çatışmazlıqları da düzəltməkdə özündə güc tapır.

Ramazan həm də şükür ayıdır, Allahın verdiyi nemətlərə yenidən və qəlbən şükür etmək ayıdır. Gün boyunca ac və susuz qalan müsəlman iftar süfrəsinə oturanda gördüyü nemətlərin nə qədər dəyərli olduğunu xatırlayır. Bəlkə də, digər aylarda yeyib-içdikləri ona adi və normal gələ bilər, sanki bütün bunlar olmalı imiş kimi… Ancaq aclığın və susuzluğun nə olduğunu bilən müsəlman üçün bu nemətlərin dəyəri daha çoxdur artıq. İndi isti günlərdə yaşayırıq ramazanı. Axşam süfrəyə oturanda gördüyümüz nemətlərdən sadəcə bir neçəsini gözdən keçirək. Məsələn, qapqara torpaqdan çıxan şirin və sulu qarpız, yemiş, fərqli dadlara məxsus gilas, gilənar, çiyələk, alça və s. Dünyadakı bütün alimlər bir yerə gəlsələr belə, bu nemətlərdən birini belə yoxdan hazırlaya bilməzlər. Yaxud da suyu götürək. Gün boyu susuz qalan bir insan üçün su necə böyük nemətdir… Baxmayaraq rəngsiz və dadsızdır, ancaq bizim üçün necə əvəzedilməz bir nemətdir, su olmasaydı, nə edərdik, həyatımızı necə davam etdirə bilərdik?! Əlbəttə ki, bunlar mənim təfəkkür edərək yazdığım çox az nemətlərdir, siz süfrəyə oturarkən Allahın sizə bəxş etdiyi nemətləri yenidən və dərin-dərin düşünün.

Məqaləmi bir də dünyada əziyyət çəkən müsəlmanları yad edərək yekunlaşdırmaq istəyirəm. Yəqin ki, bir çoxunuz Şərqi Türkistanda bu gözəl ayda əziyyət çəkən müsəlmanları görmüşsünüz, eləcə də Suriyada, İraqda, Misirdə, Nigeriyada və s. Bu da müsəlmanların Quran əxlaqının bir gərəyi olaraq birləşməyinə və qardaş olaraq yaşamağına nə qədər ehtiyacın olduğunu göstərir. Allah ən qısa zamanda o günləri görməyi nəsib etsin. Dualarımızda onları unutmayaq!

 

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti