|
İtaliya A seriyasının 11-ci turu çərçivəsində sabah səfərdə “Yuventus”la qarşılaşacaq “Napoli”nin baş məşqçisi Mauritsio Sarri oyundan bir gün öncə mətbuat konfransı təşkil edib.
Komanda.az xəbər verir ki, Sarri mətbuat konfransı zamanı hazırda “Yuventus”da çıxış edən sabiq yetirməsi Qonsalo İquayn barədə suala belə cavab verib:
“İquayn bizim komandada çıxış etdiyi zaman öz hazırlığıyla məni həmişə razı salıb. Şənbə günü onu necə qarşılayacam? Bir atanın onu əsəbləşdirən oğlunu qarşılaması kimi...”
İquayn yay fasiləsində qalmaqallı şəkildə “Napoli”dən “Yuventus”a transfer olunmuş, bu qərarından sonra isə Neapol azarkeşlərinin nifrətini qazanmışdı.
“Yuventus” - “Napoli” oyunu sabah, saat 22:45-də start götürəcək.