|
"Real"ın və Kolumbiya yığmasının futbolçusu Xames Rodrigesin ailəsi təhdidlə üzləşib.
Komanda.az xəbər verir ki, naməlum şəxslər Rodrigesi ölümlə hədələyirlər. Əvvəlcə kimsə yarımmüdafiəçini "tvitter"də hədələyib. Sonra isə Xamesin anası Mariya del Piar Rubioya şəkil göndəriblər.
Şəkildə içi silahla - tapança və patronla dolu olan qutu təsvir edilib. Şəkil göndərənlərin mesajında qeyd olunub ki, oğlunuz tezliklə öldürüləcək.
Bir müddət sonra futbolçunun anası daha bir mesaj alıb. Ona bildirilib ki, evinizə silahlı dəstə gəlir. Durumu nəzərə alan Rodrigesin anası polisə müraciət etməli olub.
Hazırda məsələ ilə bağlı araşdırma aparılır.