|
Dortmund "Borussiya"sının azarkeşləri etiraz aksiyası keçirməyi planlaşdırırlar.
Komanda.az xəbər verir ki, azarkeşlər sevimli komandalarının Bundesliqanın debütantı "Leyptsiq"lə oyununu boykot etmək niyyətindədilər. Fanatlar bu addımı rəqibin sponsoru "Red Bull" kompaniyasına görə planlaşdırdıqlarını bildiriblər.
Azarkeşlərin məsələylə bağlı yaydıqları bəyanatda bildirilir ki, "Leyptsiq" kommersiya layihəsidi. Onlar bu komandanın fəaliyyətinin idman dəyərlərinə zidd olduğunu iddia edirlər.
"Red Bull"un sponsorluğu sayəsində "Leyptsiq" yarandığı 7 il ərzində aşağı dəstədən Bundesliqaya qədər yüksələ bilib.