|
Rusiyalı paralimpiyaçılar Rio-2016 olimpiadasından uzaqlaşdırılıblar.
Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kreyven məlumat verib.
“Biz Rusiya tərəfini dinlədik, amma onlar heç nəyə sübut gətirə bilmədilər. Biz müvəqqəti olaraq Rusiyanı Paralimpiya Komitəsinin üzvlüyündən xaric etdik və Rusiya yığmasını bu oyunlardan kənarlaşdırdıq”, - Krevyen mətbuat konfransında deyib.