Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov karyerasını İngiltərədə davam etdirəcək Teleqraf.az-ın məlumatına görə, İspaniyanın məşhur "Marka" nəşri 24 yaşlı yarımmüdafiəçinin bu ölkənin II divizionunda mübarizə aparan "Fulhem" klubuna keçdiyini yazıb. İsrafilov London təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.
Marca”nın iddiasına görə, Çempionşipdə mübarizə aparan London klubu Eddinin transferi üçün "Mursiya”ya 200 min avro ödəyib. Yaxın günlərdə bu transferin rəsmən açıqlanacağı bildirilir.
"Fulhem"in yeganə titulu 1975-ci ildə qazandığı İngiltərə kuboku olub. Avrokuboklarda ən böüyk nailiyyət isə 2010-cu ildə Avropa Liqasının finalçısı olmasıdır. Xatırladaq ki, millimizə xorvatiyalı baş məşqçi Robert Prosineçkinin vaxtında - ötən ildən cəlb olunan İsrafilov 5 oyun keçirib.