Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Azərbaycan Dövləti Və Silahlı Qüvvələrinə dəstək bəyanatı:

 

1988-ci ildə Ermənistan tərəfinin Azərbaycanın tarixi torpaqlarına qarşı açıq şəkildə ərazi iddiaları və etnik zəmində təxribatları Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnib və Azərbaycan ərazisinin 20 faizi işğal edilib. Hərbi təcavüz dövründə erməni ordusu işğal etdikləri rayon və şəhərlərdə hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan dinc əhalini amansızlıqla qətlə yetirib və azərbaycanlılar etnik təmizləmə və soyqırıma məruz qalıblar.

1993-cü ildə beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti ilə bağlı 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul edib. Qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənilib, güc tətbiqi vasitəsilə ərazi iddialarının reallaşdırılmasının qəbuledilməzliyi vurğulanıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilib və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub.

Lakin, beynəlxalq qətnamələrə məhəl qoymayan təcavüzkar Ermənistan öz işğalçı siyasətini davam etdirməkdədir və zaman-zaman Azərbaycanın işğal olunmuş ərazilərindən əlavə digər sərhəd bölgələrində də gərginliklər yaradır. 12 iyul 2020-ci il tarixdə Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozaraq Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini toplarla atəşə tutdu. Bu hərbi təcavüz, erməni işğalçılarının Azərbaycan ərazilərində davamedici işğal planlarını, həmçinin Azərbaycanın beynəlxalq strateji əhəmiyyətli enerji və logistik şəbəkələrini təhlükə altına salmaq məqsədilə başladılan təxribatçı planlarını gerçəkləşdirmə cəhdidir.

Azərbaycan ordusunun Ermənistanın hərbi təxribatlarına layiqli cavab verməsinin ardından Azərbaycanın paytaxtı Bakı şəhəri başda olmaqla, Güney Azərbaycanın müxtəlif şəhərlərində, İran hökumətinin təhlükəsizlik qüvvələrinin ciddi təzyiqlərinə baxmayaraq, Azərbaycan dövlətinə və ordusuna dəstək məqsədilə kütləvi aksiyalar təşkil olunub. Minlərlə Azərbaycan türkü Azərbaycan torpaqlarının müdafiəsi üçün milli-hərbi səfərbərliyə hazır olduqlarını bəyan ediblər. Ermənistanın təcavüzkar əməllərinə ciddi etirazlarını bildirən Güney Azərbaycanda yaşayan azərbaycanlılar “Qarabağ Azərbaycandır!”, “Ermənistanın işğalçı siyasətinə son qoyulsun!” şüarlar ilə Azərbaycan respublikasının ali baş komandanın milli səfərbərlik fərmanını gözlədiklərini və minlərlə könüllü bu səfərbərliyə qoşulmaq istədiklərini GÜNAZ TV, sosial media və həmçinin GAMAC-a ünvanladıqları müraciətlərlə bildirmişlər.

Bununla yanaşı dünyanın müxtəlif ölkələrində Ermənistanı hərbi təcavüzünə qarşı keçirilən sivil və icazəli aksiyalar təşkil edilib.
Biz Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) olaraq millətimizin Vətən naminə milli birlik və erməni işğalında olan torpaqlarımızın azad edilməsinə qoşulma istəyini alqışlayırıq və bildiririk ki, Güney Azərbaycanda yaşayan milyonlarla azərbaycanlı milli səfərbərlik əmrini gözləyir. Şübhəsiz ki, bu səfərbərlik elan olunduğu halda yüz minlərlə azərbaycanlı könüllü olaraq bu savaşa qoşulacaq və Vətənimiz Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyini sona qədər qoruyacaqdır.

GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSI

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

Xəbər lenti