|
EVDƏ QAL!
Koronavirus bəlasından daha ciddi şəkildə qorunmaliyıq. Bir- birimizi qorumalıyıq. Infeksiyanın yayılmaması üçün hər kəs sosial həyatdan özünü izolyasiya etməlidir.
Hökümət əhalinin karantin dövrùndə sosial mùdafiə işlərinin təşkilini artırmalıdır. Insanlar evlərdən, qapalı yerlərdən çıxmamalıdır. Bunun üçün hòkumət hər bir vətəndaşa karantin dövründə (aylıq ) yaşam xərci müəyyənləşdirib birbaşa insanlara maddi yardım gòstərilməlidir.
Operativ qərargah və Sosial Müdafiə Nazirliyinin rəhbərliyi altında bu işi əhali ilə əlaqəli olan qurumlar, Bakı şəhər Icra hakimiyyəti – Mənzil kommunal təsərrùfat birlikləri, rayonlarda və iri qəsəbələrdə şəhər və kənd Icra numayəndəlikləri pasport qeydiyyatı üzrə həyata keçirməlidir.
Xəzər Teyyublu,
KXCP İdarə Heyyətinin üzvü, siyasi şərhçi