|
KXCP Ali Məclisinin üzvü Qəhramanov Əliqulu Abuzər oğlu Sabirabad polisi tərəfindən şərlənərək həbs edilib.
Bu barədə Teleqraf.az-a məlumat verən KXCP Sabirabad rayon şöbəsinin sədri Əliheydər Cəfərov bildirib ki, KXCP üzvünün həbsinə səbəb referendum əleyhinə apardığı təbliğat olub: “ Əliqulu bəy tanıdığı bir neçə nəfərlə qarşıdan gələn referendumla bağlı söhbət edərkən Sabirabad rayon polisləri tərəfindən həbs edilərək polis şöbəsinə aparılıb. Polis bölməsində KXCP üzvünə bildiriblər ki, güya o hakimiyyəti təhqir edib. Elə bu adla da Əliqulu Qəhramanova Sabirabad rayon məhkəməsi tərəfindən 15 sutka iş iş verilib.”
Teleqraf.az-a daxil olan məlumata görə, KXCP Qazax rayon şöbəsindən Ali Məclis üzvü Məqsəd Mirzəyev də Qazax rayon polis şöbəsinə aparılaraq referendum əleyhinə təbliğat aparmaması haqda xəbərdarlıq edilib.
Elşən Əlisoy