|
Qazax gömrük-keçid məntəqəsində (bura “Qırmızı körpü” və ya “Sınıq körpü” də deyirlər) baş verən özbaşınalıqlarla bağlı şikayətlər səngimir. Dəfələrlə gömürük orqanlarının etdikləri qanun pozuntuları haqqında mətbuatda yazılar getsə də heç bir ciddi tədbir görülmədiyi göz önündədir.
Teleqraf.az-a müraciət edən bir qrup Qazax rayon sakini yazaraq bildirir ki, dəfələrlə gömürükdə insanların gömrük işçiləri tərəfindən döyüldüyünün şahidi olublar.
“Qazax rayon “Sınıq körpü” keçid məntəqəsində gözlə görünüb, dillə deyilə bilməyəcək dərəcədə baş verən vəhşilikər haqqında sizə yazaraq aidiyyəti qrumların məsələyə diqqət ayırmasını istəyirik. Qazax rayon gömrük məntəqəsindəbir qrup gömrük işçiləri ( əgər bunları gömrük işçiləri adlandırmaq olarsa) insanları aşağılmaqla sanki qürur duyurlar. Başqa ölkələrin vətəndaşlarının gözləri qarşısında Azərbaycan vətəndaşlarını alçaltmaqla, bəzən isə onları döyməklə dövlətimiz haqqında çox pis fikirlər formalaşdırırlar. Belə bir hadisənin şahidləri olaraq bildiririrk ki, gömrük işçiləri hər kəsin gözü qarşısında bir ananı təhqir edərək övladını da döydülər. Biz nə haqqınız var vətəndaşı döyürsünüz deyərək onlara etiraz etsək də heç bir nəticəsi olmadı. Gömrük işçiləri “bura Azərbaycandır, xoşunuz gəlmirsə gedin ürəyiniz isəyən ölkədə yaşayın” deyərək bizim özümüzü də aşağılamağa başladılar. Bu adamlar sanki iş başında özlərində olmurlar. Biz bununla bağlı gömrüyün qaynar xəttinə zəng etsək də telefonumuza cavab verən olmadı. Bundan sonra DİN-n qaynar xətti olan 102 xidmətinə zəng edib, hadisə barədə onlara məlumat verdik. Ancaq görünür yenə də heç bir nəticəsi olmayıb. Görünən budur ki, Azərbaycanımızı xarizi vətəndaşların gözləri qarşısında alçaldan gömrük məmurlarının belləri çox güclü yerlərə bağlanıb ki, bunlar dövlətimizin qanunlarını heçkimdən qorxmadan ayaqları altına salıb tapdalayırlar.
Biz hər gün bu hadisələrin şahidi olan insanlar olaraq aidiyyəti qrumlardan bu qanunsuzluqlar haqqında ölçü götürmələrini xahiş edirik".
Elşən Əlisoy