Teleqraf.az
 Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə müsahibəni təqdim edir.

– Türkiyə polisi Gülən şəbəkəsini ifşa etmək məqsədilə Azərbaycan Dövlət Neft Şirkətinin sahibi olduğu Petkim şirkətdə yoxlamalar və həbslər aparıb. İlkin informasiya budur ki, Petkim şirkətində “Hizmət” xidmətinin çoxlu sayda tərəfdarı çalışıb və onlar həm də şəbəkənin maaliyyələşməsində yaxından iştirak ediblər. Bu fakta münasibətiniz necədir?


– Əgər, bu məsələ ciddi aparılırsa və doğurdan da bunun arxasından ciddi faktlar olarsa, hesab edirəm ki, bu zaman Azərbaycanda daha böyük addımlar atılmalıdır. Yadınızdadırsa, bir neçə il əvvəl xəbər çıxdı ki, Prezident Administrasiyasında şəbəkəyə bağlı kimsə var, eləcədə parlamentdə var və s. Axtarılırsa bu məsələlər Azərbaycanda daha böyük miqyaslı ola bilər. Ancaq yəqin ki, axtarmaq niyyətləri və istəkləri yoxdur.

– Bu şəbəkənin Azərbaycanda imkanları hansı dərəcədədir?

– Azərbaycanda ondan da böyük şəbəkələr var. Azərbaycan hakimiyyəti, müvafiq qurumlar bunu bizdən və oxucularımızdan daha çox bilirlər. Əgər bu məsələ artıq olsaydı, yəqin ki, hərəkət edərdilər. Bir daha qeyd edim ki, Azərbaycanda gülənçilərdən və digərlərindən daha kəskin məsələlər var. Əgər məsələlər fikirləşdiyimiz və dilimizə gətirdiyimiz kimi-burada onlara ciddi nəzarət varsa, bu halda yəqin ki, onlara qarşı addımlar atarlar. Amma Azərbaycanda bir az başqa problemlər var. Məsələn, dini sektalar arasında problemlər var, vəhhabilik var və s. Hətta bildiyim qədər Azərbaycanda vəhhabilik əleyhinə təbliğata qadağa qoymaq var. Bu da, o deməkdir ki, artıq qadağa qoyanların özlərinin strukturlarında vəhhabilər yerləşib.

– Azərbaycan hakimiyyətinin yeni Referendum Aktına münasibətiniz necədir?

– Biz müttəfiqlərimizlə birgə bu məsələləri müzakirə edirik. Düzdür, mən son bir həftədə bu işlərin içərisində olmamışam, amma toplantılarımız olub. Şübhəsiz ki, toplantımız olacaq və bu istiqamətdə addımlarımızı atacağıq.

– Referendum ölkəmiz üçün nə dərəcədə xeyirli və ya ziyanlıdır?

– Bu Azərbaycan üçün həyati vacib məsələ deyil. Fikrimcə, referendumsuz da keçinə bilərdilər və hətta buna pul və vaxt sərf etməyə də ehtiyac yox idi. Biz belə düşünürük. Lakin konkret maddələr var. Bu sənədi hazırlayıblar. Yəqin ki, bu sənədi təkbaşına hazırlamyıblar və s. Bizdə siyasilər olaraq müvafiq addımları atacağıq.

– Milli Şura və Müsavat Partiyası Referendum Aktının əleyhinə təşəbbüs qrupu yaradaraq mübarizə aparacaqlarını elan edib. Siz, KXCP olaraq nə planlayırsınız?

– Bu məsələlərin müəyyən hissəsi bizim tərəfimizdən görülüb. Sadəcə olaraq mən son bir həftə ərzində obyektiv səbəblərdən toplantılara qatılmamışam. Qanuna müvafiq hansı addımlar lazım gələcəksə, biz də bunu atacağıq. Bu gün bizim müttəfiqlərimizlə birgə toplantısı keçiriləcək və bu məsələlər bir daha diqqət mərkəzimizdə olacaq.

– Referendum Aktı müxalifət düşərgəsinin birləşməsi, əməkdaşlığı və buna qarşı mübarizə aparmaq baxımından əsas ola bilərmi?

– Birləşmək istəyən, bir yerdə fəaliyyət göstərmək istəyən bəzən bəhanələrdən də istifadə edə bilər. Heç bir yerdə bir-birini görmək istəməyəndə bəhanədən istifadə edir və heç vaxtda birgə olmur. Başqa sözlə, istənilən situasiya vaxtı istənilən məsələdən istifadə etmək olar. Amma bu fürsətçilik kimi olmamalıdır.
– Məsələn, AXCP, KXCP, Müsavat, Milli Şura referenduma qarşı birgə fəaliyyət göstərə bilərmi?
– Bu sizin arzularınızdır. Əgər cəmiyyət istəyərsə və sosial sifariş olarsa, bu baş verə bilər. Niyə də olmasın? Təbii ki, partiyalar qərarını verə, addımlar atıla bilər. Nəzərə alın ki, zamanında belə məsələlər olub, göstərilib və hətta bir arada olmayan, bir-birinə zidd siyasət yürüdənlər belə bir arada olmağı bacarıblar. Bu gün də, cəmiyyətin, millətin arzusu və ya Konstitusiyanı qorumaq istəyi hamıda eyni olacaqsa, şübhəsiz ki, hamı bir arada ola bilər. Yox, əgər belə bir istək olmayacaqsa, bu da faciə olmayacaq.
– Müxalifətin dağınız, zəif, bir-birinə qarşı ittihamlarla çıxış etdiyi ortadadır. Bəs hakimiyyətin təklif etdiyi Konstitusiya dəyişiklikləri baş tutacaqsa, bundan sonrakı Azərbaycan necə olacaq?
– Konstitusiya dəyişikliyinin nəzərdə tutulduğu müddəalar Azərbaycanda hər şeyin sərtləşəcəyindən xəbər verir. Və həm də narahatçılıqdan, qeyri-müəyyənlikdən xəbər verir. Söhbət həm hakimiyyət komandasının narahatçılığından, həm də işini rahatlamaq və hər şeyi asan şəkildə həll etmək istəyindən xəbər verir. Hərə buna bir cür yanaşır, lakin fakt budur ki, məsələ biz dediyimiz kimidir. Əks təqdirdə, durduğun yerdə qəfildən ortaya Konstitusiya dəyişikliyi layihəsinin çıxarılmasına səbəb nədir? Üstəlik bir dəfə Konstitusiyada iki dəfədən artıq prezident seçilməsinə qadağa qoyulan müddəanı aradan qaldırırsan, referendum keçirirsən, indi də qəfildən ikinci dəfə referenduma gedilir. Hər halda bütün bunlar hakimiyyət komandasında böyük müzakirələrin, narahatçılıqların olmasının göstəricisidir və həm də bu təqdim edilən dəyişikliklər narahatlıqları, öz hesablamalarına görə mümkün olacaq gözləntiləri çox asanlıqla həll etmək üçündür. Başqa məsələ deyil. Azərbaycan Konstitusiyası onsuz da qəbul edilən gündən bu yana keçid müddəlarından tutmuş digər maddələrə qədər dəyişikliklərə məruz qalıb. Bu da, həm də indiki siyasi kursun Heydər Əliyev kursuna zidd olduğunu göstərir. Axı, bunlar həmişə deyirlər ki, biz Heydər Əliyev siyasi kursunun layiqli davamçılarıyıq və s. Ancaq sən demə Heydər Əliyevin qəbul etdiyi Konstitusiya belə bunların ümumi işlərini, addım-addım davam etdikləri məsələlərin həllini təmin etmir. Odur ki, bunların fikrincə, Konstitusiyanın təmir edilməsinə ehtiyac yaranıb.

24saat.org

 

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti