|
Avropa Şurası və Avropa İttifaqı Azərbaycanda “Vətəndaş cəmiyyəti dialoqu” adlı yeni birgə layihəyə başlayır.
Layihənin təqdimatı iyunun 2-də saat 14:30-da Hilton otelində olacaq. Bu barədə Turan-a AŞ-nin Bakıdakı ofisindən bildirilib.
Tədbirdə AŞ Baş Direktorluğu demokratik idarəetmə üzrə direktoru Klaudia Luçiani, dövlət başçısının köməkçisi Əli Həsənov, ədliyyə nazirinin köməkçisi Toğrul Musayev, AŞ Bakı ofisinin rəhbəri Draqana Filipoviç, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard və başqaları çıxış edəcəklər.
AŞ layihə rəhbəri Eteri Kamarauli layihəni təqdim edəcək, sonra müzakirələr olacaq.
Son vaxtlar Bakının AŞ və Aİ strukturları ilə əməkdaşlığa diqqətinin artması müşahidə edilir. Əgər son iki il ərzində AŞ və Aİ layihələri üzrə tədbirlərdə sıravı məmurlar iştirak edirdisə indi hakimiyyətin təmsilçiliyinin səviyyəsi xeyli artıb.
Belə ki, ötən gün AŞ və Aİ layihəsi çərçivəsində diffamasiya üzrə konfransda prezidentin köməkçisi Əli Həsənov və parlament komitəsinin sədri Əli Hüseynli iştirak ediblər.
(contact)