Samux rayonunda qətl hadisəsi törədən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, oktyabrın 15-də Samux şəhərində şəhər sakini Sirac Abbaszadə münaqişə zəminində qohumu Zabit Xəlilova bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Zabi tXəlilov ölüb.

Samux rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sirac Abbaszadə tutulub.

Hacı Zeynalov