Qusar rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Yeni Həyat kəndindəki evlərin birindən 2250 manat pul oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən kənd sakinləri Alim Balabəyov və Marat Əlirzayev saxlanılıb.