Göygöldə ata və oğulu döyülüb

Teleqraf.com Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, avqustun 1-də rayon sakini Elbrus Bayramov RPŞ-yə ərizə ilə müraciət edərək həmin gün şəhərin ərazisində özünün və oğlu Elnurun naməlum şəxslər tərəfindən döyülməsini bildirib.

Bundan sonra RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Anar Məmmədov tutulub, qardaşı İlqar isə müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.