BAKI, 8 oktyabr. TELEQRAF

Cəlilabadda müəllimlər dərs saatı üstündə əlbəyaxa olublar.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Cəlilabadın Ləkin kənd orta məktəbində baş verib.

Məktəbin çağrışaqədərki hazırlıq müəllimi Telman Mirzəyevlə ibtidai sinif müəllimi Əfsun Məcidov arasında dərs saatı üstündə yaranan mübahisə davaya çevrilib.

Nəticədə müəllimlər bir-birlərinə yumruq zərbələri endiriblər.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Faktla bağlı araşdırma aparılır.