CƏLİLABAD, 7 oktyabr. TELEQRAF

Cəlilabadda nəzarətsiz qalan məktəbin həyətində inəklər otlayır.

Teleqraf-ın Cənub bürosunun əldə etdiyi bu fotolar Cəlilabad rayonunun Xanəgah kənd orta məktəbində çəkilib.

Fotolardan da görünür ki, məktəbin həyətinə nəzarət edən şəxs yoxdur və iribuynuzlu heyvanlar sərbəst şəkildə məktəb ərazisində otlayırlar. Məktəbin ətrafında xüsusi mühafizə səddi və ya hasar olmadığından, yaxınlıqdakı örüş sahəsindəki heyvanlar asanlıqla məktəbin həyətinə daxil ola bilirlər.

Yerli sakinlər vəziyyətdən narahat olduqlarını bildiriblər. Onların sözlərinə görə, bu heyvanlar şagirdlərə təhlükə yarada bilərlər. Buna görə də sakinlər məktəbin ətrafının tam şəkildə hasarlanmasını vacib sayırlar.