BAKI, 21 avqust. TELEQRAF

Yuxarı yaş kateqoriyası üçün nəzərdə tutulan attraksionların əvəzlənməsi istiqamətində əsaslı işlər aparılır.

Bununla bağlı Dənizkənarı Bulvar İdarəsindən Teleqraf-ın sorğusuna verilən cavabda bildirilib.

Yeni nəsil qurğuların ənənəvi məkanda qurulması planlaşdırılır.

Qeyd edək ki, 2021-ci ildə yuxarı yaş kateqoriyası üçün nəzərdə tutulan attraksionlar bulvar ərazisindən yığışdırılıb. Buna səbəb nəzərdə tutulan attraksionların müasir tələblərə cavab verməməsi və istismar müddətini başa vurması idi.

Həmçinin bildirilib ki, 2024-cü ildə Dənizkənarı Bulvar İdarəsi azyaşlılara yönəlik, müasir, müvafiq standartlara cavab verən, təhlükəsiz əyləncə infrastrukturunun yaradılması istiqamətində əsaslı işlər aparıb. Kukla teatrının yaxınlığında aşağı yaş kateqoriyası üçün bu tələblərə cavab verən əyləncə zonası yenilənib.