BAKI, 16 may. TELEQRAF

Sosial şəbəkələrdə Zaqatalada yerləşən internat məktəbinin bağlanacağı ilə bağlı məlumat yayılıb. Məlumta görə, məktəb təyinatını dəyişərək lisey kimi fəaliyyət göstərəcək.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin məktəbin liseyə çevrilməsi planlaşdırılır.

“Tədrisin keyfiyyətinin yüksəldilməsi, istedadlı uşaqlarla işin təşkili məqsədilə adıçəkilən məktəbin liseyə çevrilməsi planda var. Dəyişiklik nəticəsində təhsilalanların təhsilalma hüququ tam təmin olunacaq, pedaqoji heyətin ixtisarı həyata keçirilməyəcək”,- məlumatda qeyd olunub.