BAKI, 27 fevral. TELEQRAF

Masallı rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibatı ərazi dairəsi üzrə keçmiş nümayəndəsi, adıçəkilən qəsəbənin sabiq bələdiyyə sədri İsrail Tağıyev 64 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, o, fevralın 27-də qəfil dünyasını dəyişib.

İ.Tağıyev şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.

Mərhum fevralın 28-də Ərkivan qəsəbəsinin Abbaslı-İsoba qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, İsrail Sabir oğlu Tağıyev 1961- ci il yanvar ayının 16-da Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Uzun müddət Ərkivan qəsəbəsində Ştatlı Komsomol Komitə katibi, Masallı rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəsi, qəsəbə bələdiyyəsinin sədri vəzifələrində çalışıb. 3 qız, 1 oğul atası idi.

Xatırladaq ki, 2020-ci ildə Ərkivan qəsəbə inzibatı ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışarkən İsrail Tağıyevin xüsusi karantin rejimi qaydalarına zidd olaraq sərbəst hərəkət etmələri üçün müxtəlif şəxslərə arayışlar verdiyi üçün barəsində Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi açılmışdı.