BAKI, 27 fevral. TELEQRAF

“Məndən hər zaman soruşurlar ki, hansı nəsli daha çox fərqləndirərsən, cavabım: indiki nəsil olur"

Teleqraf xəbər verir ki, bunu akademik Abel Məhərrəmov Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası üzvlərinin gənclərlə görüşündə deyib.

Onun sözlərinə görə, gənclərlə bu səpkili görüşlərin əhəmiyyəti çox böyükdür:

"Gənclər Azərbaycan xalqının gələcəyidir. Xalqımızın minillik tarixi var. Bu illərdə çətinliklərimiz az olmayıb, torpaqlarımız işğalda olub. Bu nəsil torpaqlarımızı işğaldan azad etdi. İndi isə biz əbədi torpaqlarımıza geri qayıtmalıyıq. Mənim anam İrəvan şəhərindən, atam isə Amasiya rayonundandır. Bir vaxtlar deyirdik, Ermənistandanam, indi Qərbi Azərbaycandanam deyirik. Mən özümü ümumilli lider Heydər Əliyevin məktəbinin yetirməsi hesab edirəm”,- deyə Abel Məhərrəmov vurğulayıb.