BAKI, 27 fevral. TELEQRAF

“Bakı Arbitraj Mərkəzinin akreditasiyası ilə əlaqədar tədbirlər görülür”.

Teleqraf xəbər verir ki, bu sözləri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun iclasında İşçi qrupun rəhbəri Toğrul Hüseynov deyib.

O bildirib ki, Ədliyyə Nazirliyi tərəfindən qarşıya qoyulan hədəflərin icrası istiqamətində onlayn qaydada keçirilən məhkəmə iclaslarının ictimaiyyət üçün açıq təşkil edilməsi, konvensiya mübahisələrinin vitse-konfrans üzrə aparılması üçün Nazirlər Kabinetinə müraciət təqdim edilib:

“Mediasiya prosesinə onlayn qaydada müraciətlərin seçilməsi ilə bağlı funksionallıq təmin edilib. Ötən dövrdə ən böyük uğurlarımızdan biri" Arbitraj haqqında" qanunun icrası idi. Bakı Arbitraj Mərkəzinin akreditasiyası haqqında tədbirlər görülür. Beynəlxalq mediasiya sazişlərinin tanınması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. BMT konvensiyasına ölkəmizin qoşulması ilə bağlı proses davam etdirilir. Qısa zamanda aidiyyəti sənədlərin hökümətə təqdim olunması planlaşdırılır”.