
ZƏNGİLAN, 27 fevral. TELEQRAF
Tullantıların toplanması üçün konteynerlər müəyyən edilib, 60-a qədər xüsusi texnika cəlb olunub.
Teleqraf-ın Zəngilana ezam olunmuş müxbirinin xəbərinə görə, bu sözləri ETSN-nin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, antiterror əməliyyatından sonra "Təmiz Şəhər" azad olunmuş ərazilərdə tərk edilən binalarda tullantılar üçün konteynerlər cəlb edib. Şuşada yeraltı konteynerlərin yaradılmasına başlanıb, tullantıların 4 növdə çeşidlənməsi nəzərdə tutulub.
"Tullantıların idarəolunması ilə bağlı regional strategiya hazırlanıb. Strategiya yenilənir və bu, ölkə üzrə məişət tullantıları ilə bağlı strategiyanın bir hissəsinə çevriləcək", - deyə Faiq Mütəllimov əlavə edib