BAKI, 27 fevral. TELEQRAF

Qafqaz Müsəlmanları İdarsinin (QMİ) Naxçıvan və Xaçmaz bölgələri üzrə yeni qazıları seçilib.

Teleqraf xəbər verir ki, bu barədə qərar QMİ-nin Qazılar Şurasının fevralın 27-də keçirilən toplantısında qəbul olunub.

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə qurumun Qazılar Şurasının Naxçıvan və Xaçmaz bölgələri üzrə yeni qazıları – Orucov Əli Məhərrəm oğlu və Məmmədəliyev Vəli Tağıbəy oğlunun namizədliklərinin irəli sürüldüyünü bildirib. Təqdimatlar dinlənilib, namizədlər səsə qoyularaq seçiliblər.

Bununla da idarənin Naxçıvan nümayəndəliyinə Ə.Orucov, Xaçmaza isə V.Məmmədəliyev rəhbərlik edəcək.