
ZƏNGİLAN, 27 fevral. TELEQRAF
Ötən ilin 17-19 iyun tarixlərində Laçın və Şuşa ərazilərində faunaya aid nadir növlər qeydə alınıb.
Teleqraf-ın Zəngilana ezam olunmuş müxbirinin xəbərinə görə, bunu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının nadir və itmək təhlükəsində olan bitki və heyvan növləri haqqında AMEA-nın vitse prezidenti, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü, İradə Hüseynova Zəngilan şəhərində işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Həkəri çayında ixtioloji tədqiqatlar zamanı çay qızılxallısı, Araz xramulyası və Kür gümüşcəsi, Şuşa, Cıdır düzünün qayalıq ərazisində isə Qafqaz aqaması qeydə alınıb.