
BAKI, 27 fevral. TELRQRAF
Azərbaycanda Ramazan bayramı martın 30-da qeyd olunacaq.
Teleqraf xəbər verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının Ramazan bayramı ilə əlaqədar fətvasında əksini tapıb.
Həmin gün ölkənin bütün məscidlərində bayram namazı qılınacaq.
"Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Əhalimizin və bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə olunur.
İnşallah, Qafqaz Müsəlmanları İdarəsi Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsaslanaraq "Eydül-Fitr" Ramazan bayramının hilalın görünüşünə görə 30 mart tarixinə təsadüf edəcəyini bildirir, müəyyən dəyişikliklər olacağı təqdirdə əlahiddə məlumat veriləcəkdir", - Qazilər Şurasının fətvasında bildirilib.