BAKI, 27 fevral. TELEQRAF

Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Qazilər Şurası Ramazan ayının təqvimini açıqlayıb.

Teleqraf xəbər verir ki, Ramazanın ilk günü martın 1-ə təsadüf edəcək.

Müsəlmanların müqəddəs ayının Qədr gecələri də məlum olub. Qədr gecələri 18, 20, 22 və 26 mart tarixlərinə düşür.

Martın 30-da isə Fitr bayramı qeyd olunacaq.

Ramazan təqvimini təqdim edirik.