BAKI, 27 fevral. TELEQRAF

“Araz çayı ağır metallarla çirkləndirilir”.

Teleqraf xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov "Environmental Protection First" (EPF) QHT Koalisiyası Ermənistanın Cənubi Qafqazın ekologiyasını zəhərləyən dağ-mədən sənayesi müəssisələri barədə rəqəmsal xəritəninin təqdimatı zamanı deyib.

O bildirib ki, Araz çayı 59 növ ağır metalla çirkləndirilir:

“İranda səhiyyə sahəsində fəaliyyət göstərən təşkilatlardan birinin açıqladığı məlumata görə, Araz çayı sahillərinə yaxın ərazilərdə yaşayanların mədə xərçənginə tutulduğu müşahidə olunub”.