Bu gün Bakının bir neçə rayonunda təbii qazın verilişində fasilələr olacaq.

Trend “Azəriqaz” İB-nə istinadan məlumat verir ki, yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi və Hava limanına gedən yolun genişləndirilməsi ilə bağlı tikinti sahəsinə düşən qaz kəmərlərinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar 25 fevral 2015-ci il tarixdə saat 1000-dan işlər başa çatanadək Xəzər, Xətai, Yasamal, Sabunçu və Quba rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.