Böyük Britaniyanın “Oksfam” Beynəlxalq təşkilatı “Kənd yerlərinin inkişafı” layihəsi çərçivəsində jurnalistlər üçün təlim keçirib.
Bu barədə Teleqraf.com-a “Oksfam”ın Azərbaycan nümayəndəliyindən bildiriblər. Təlimdə jurnalistlər kənd təsərrüfatına dövlət dəstəyinin formaları və dəstək mexanizminin tətbiqi, kənd təsərrüfatı təyinatlı torpaqların keyfiyyətinin qorunması sahəsində mövcud imkanlar, kiçik fermerlərin, xüsusilə qadın fermerlərin bazara çıxışı və digər mövzular üzrə bilik və bacarıqlarını artırıblar.
Qeyd edək ki, “Kənd yerlərinin inkişafı” layihəsi Azərbaycan nümayəndəliyinin və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir.