
SOCAR və Mətbuat Şurasının birgə layihəsi olan "Gənc jurnalistlərin SOCAR qış məktəbi" öz işinə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün keçirilən açılış mərasimində tədbiri giriş sözü ilə SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev açıb.
Daha sonra söz SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadəyə verilib. Azərbaycanda neft istehsalının tarixindən danışan X.Yusifzadə sonda gənc jurnalistlərə uğurlar arzu edib.
“Qış məktəbi” fevralın 27-dək davam edəcək.