Goranboyda evdə başvermiş yanğın zamanı ağır xəsarət alan körpə dünyasını dəyişib.

Teleqraf.com Report-a istinadən xəbər verir ki, Goranboy rayon Veyisli kəndində başvermiş yanğın nəticəsində ağır yanıq xəsarətləri alan 6 ay yarımlıq uşaq göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.