Yol polisi Azərbaycanda magistral yollardakı vəziyyəti açıqladı.

Daxili İşlər Nazirlyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə deyib ki, ölkə ərazisində bütün yollar açıqdır, nəqliyyatın hərəkəti normaldır.

K.Əliyev bildirib ki, dünən respublika ərazisində 13 yol qəzası baş verib. Nəticədə 3 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

BDYPİ sözçüsü bir daha sürücülərdən diqqətli olmağı, meteoroloji şəraiti nəzərə almağı tövsiyə edib.