“Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsinə dəvətə görə təşəkkür edirəm”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib.

O bildirib ki, qanun layihəsində qeydiyyat şərtlərinin indiki qanunla müqayisədə qat-qat ağırlaşdırılması, qeydiyyat üçün tələb olunan üzv sayının on dəfə artırılması narahatlıq doğurur:

“Bu, virtual partiyalaşmanı stimullaşdıracaq”.

AXP sədri təkliflərini də səsləndirib.