Milli Məclis Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini birinci oxunuşda müzakirəyə çıxarıb.

Teleqraf.com xəbər verir ki, layihə haqqında deputatlara İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Komitə sədri deyib ki, layihəyə iki dəyişiklik təklif olunur:

“Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün baytarlıq xidmətinə ehtiyac var. Biz özəl baytarlıq xidmətini inkişaf etdirməliyik. Bu dəyişiklik baytarlıq xidmətini əlavə dəyər vergisindən azad etməyi nəzərdə tutur. İkinci dəyişiklik baytar həkimlərin sadələşdirilmiş vergidən istifadəsini nəzərdə tutur”.