BAKI, 10 oktyabr. TELEQRAF

"1999-cu ildə ölkəmizdə vəkillərin sayı 300-ə yaxın idi. Son 25 il ərzində ölkədə vəkillərin sayı xeyli artıb. Azərbaycan gəncləri vəkilliyə üz tuturlar. Düzdür, vəkilləri sayı yenə də bizi tam qane etmir. Razıyam ki, vəkillərin sayı azdır, artırılmalıdır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, bu məsələnin kökündə duran məsələnin biri odur ki, ölkədə hüquqşünasların sayı azdır: "Biz çalışmalıyıq ki, ən savadlı, təhsilli insanlar vəkil olsunlar. Biz çalışırıq ki, vəkillər daim peşə hazırlıqlarını artırsınlar, keyfiyyətli hüquqi yardım göstərsinlər".